Səyahət proqramı zamanı AMAL layihəsi üzrə gənc fermerlər Azərbaycan Dövlət Aqrar Universitetinin əkin sahələrini, Heyvandarlıq Təsərrüfatı Kompleksini və Quşçuluq Tədris Mərkəzini ziyarət ediblər.
Nümayəndə heyətini və gənc fermerləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov qəbul edib. Görüşdə AMAL layihəsinin nümayəndəsi layihə çərçivəsində mövcud fəaliyyətləri və gələcək planlarını təqdim edib, rektor İbrahim Cəfərov gənc fermerlərin aqrar sektorda həyata keçirdiyi layihə və proqramlar, onların verdiyi töhfələr və qazandıqları uğurların önəmini vurğulayıb.
Layihənin ümumi məqsədi kənd təsərrüfatında gənclər üçün daha yaxşı imkanlar yaradılmasına dəstək verməklə kənd təsərrüfatı sahəsində yoxsulluğunun azaldılmasına və iqtisadi inkişafın artırılmasına töhfə verməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.