Bu gün Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş keçiriləcək.
AzadMedia.az “İzvestiya.ru”ya istinadən xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində baş tutacaq.
Tərəflər görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.
Prezidentlər, həmçinin dünya gündəmində olan məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.
***
Sankt-Peterburqda Rusiya və Belarus Prezidentlərinin görüşü başlayıb. Görüş Konstantinov sarayında keçirilir.
***
Putinlə Lukaşenkonun Sankt-Peterburqda başlayan görüşü başa çatıb. Görüş 5 saat davam edib. Prezidentlər iqtisadiyyat, beynəlxalq münasibətlər sahəsində vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, bu, Putinlə Lukaşenkonun 2021-ci ildə 4-cü görüşüdür. Buna qədər onlar fevral, aprel və mayda görüşüblər. Bütün görüşlər Rusiyada baş tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.