...yolçu dayan, gecə-gecə
kimin göz yaşından gəlirsən?
...qapın-bacan gül açıb, sən
kimin qışından gəlirsən?
...yatmadığın yuxuların
tozu tutub gözünü.
...deyib-gülüb baş daşınla,
öz süd dişindən gəlirsən.
Səni yel döyüb, nədi?
Səni torpaq udub, ey...
Dizlərində Həvva yatır,
Tanrı ağuşundan gəlirsən...
...külək - neyin səsidi,
halın-heyin səsidi.
Geyin küləyin səsini...
Bir lal axşamdan gəlirsən.
...yolun varaq-varaqdı!
...alnının qırışından,
saçlarının ağından
yolun yaman uzaqdı.
Çatsan, göyün üzündən
ay dərib gətir mənə.
...dan ağarır, bir söz de
adıma xatir mənə.
Aydan Ay
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.