AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hər kəs özünü qorumağa çalışmalıdır

  • + A
  • - A
  • 23-08-2021, 13:42

    Hər kəs özünü qorumağa çalışmalıdır

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    Təəssüf ki, bir ildən artıq davam edən pandemiya hələdə də davam edir, bu dəfə daha kəskin. Əvvəllər 65-dən yuxarı yaş qrupları üçün xəstəlik qorxulu sayılırdısa, bu dəfə uşaqdan tutmuş böyüyə qədər virusayoluxmaların şahidi oluruq. Karonavirusa yoluxmuş xəstələrlə işləyən tibb işçilərinin açıqlamasını oxuyanda, izləyəndə görürürük ki, əvvəlki aylara nisbətən hazırkı xəstəliyin evdə müalicəsi çətindir. Müəyyən müddət xəstəxana müalicəsi tələb olunur. Aydın məsələdir ki, xəstəxanaların da bəlli xəstə tutumu var. Əgər xəstə sayı artarsa, müalicə prosesi vətəndaşlar üçün əlçtmaz ola bilər. Nə etməli? Ən əsası qaydalara əməl etməli. Yoluxma rəqəmləri 2 rəqəmliyə düşəndə hamıda arxayınlıq yarandı. İstər qapalı əyləncə yerlərində, istərsə də nəqliyyatda demək olar ki məsafə saxlayan, maska ilə qorunan, tez-tez əllərini spirtləyənlərə çox az rast gəlindi. Orqanizmlər müxtəlifdir, hər kəs yayılan virusa eyni dərəcədə qalib gələ bilmir. Bunu hər addımımızda unutmamalıyıq. Polislərin apardığı reydləri izləyirəm, sərnişinlər maskasız, əksəri polis görəndə maska taxmağa çalışır...
    Əziz həmvətənlər, qorunmanı polis qorxusu üçün etməyin, öz sağlamlığınız üçün, doğmalarınızı yoluxdurmamaq üçün edin.
    Bir neçə kəlmə də vaksinləşmə prosesinə münasibət bildirmək istəyirəm. Bəzən fikirlərə rast gəlirəm ki, deyirlər vəzifəli şəxslər heç birisi vaksin olunmadı. Nəzərinizə çatdırıram ki, ilk əvvəl vəzifə səlahiyyətliləri vaksin olundu. Millət vəkilləri də vaksin olunan ilk vətəndaşlar sırasında idi. Çünki xəstəlikdən yeganə rahat qurtulmağın yolu vaksin olunmaqdı. Tibb işçilərinin vətəndaşlarla əlbir olaraq saxta vaksinləşmə əməliyyatı aparması hamını narahat etməlidir. Çünki vaksinləşmə olmadıqca, xəstəlikdən də qurtuluş yolu yoxdur. Bir vətəndaş sağlamlığını təhlükə altına atıb pul ödəməklə özünü təhlükəli yoluxmaya bir addım da yaxınlaşdırır. Sonra onun müalicə prosesi də çətinlik yaradır. Öz şərəfli peşələrini madiyyat müqabilində aşağılayan tibb işçiləri də çox təəssüf yaradır. Tezliklə hüquq-mühafizə orqanlarının bütün peşəsinə xəyanət edib insan sağlamlığı ilə oynayan tibb işçilərini ifşa edəcəyinə əminəm.
    Fikrimcə Səhiyyə Nazirliyi, TƏBİB, İTS birlikdə tədbirlər planı işləməli, təşkilati işlərə və maarifləndirməyə daha çox diqqət ayırmalıdırlar, vətəndaşlarla daha sıx münasibətdə olmalıdırlar. Çünki cəmiyyəti narahat edən, cavablandırılmasına ehtiyac duyulan, cavabı bütün cəmiyyət üçün aktual olan çox suallar yaranıb. Hər kəs özünü qorumalıdır. Yoluxmanın səbəbini müzakirə edəndə hər kəs məzəmmətə, mühakiməyə özündən başlasa, gözlədiyimiz nəticəyə daha tez nail ola bilərik. Qapanmalar cəmiyyətin sosial və yaş mənsubiyyətindən asılı olmayaraq heç kimə sevinc, yüksəliş, inkişaf gətirmir. Bütün vətəndaşları qaydalara əməl etməyə səsləyirəm, qapanmadan birlikdə xilas olaq. Biz birlikdə güclüyük!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR