AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Belə bir müzakirə olmayıb və mümkün də deyil" - Hulusi Akar

  • + A
  • - A
  • 24-08-2021, 13:35


    Türkiyə və Pakistanda sığınacaq üçün müraciət mərkəzinin qurulacağı xəbərləri əsassızdır.

    Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

    "Böyük Britaniyanın müdafiə naziri Əfqanıstan xaricində onlara sığınacaq üçün müraciət mərkəzləri quracaqlarından danışır. Amma mətbuatda yazılanların əksinə olaraq, nazir nə Türkiyə, nə də Pakistan haqqında söz deyib. Belə bir şey yoxdur. Belə bir müzakirə olmayıb və mümkün də deyil", - deyə Akar qeyd edib.

    Qeyd edək ki, Türkiyə əfqan qaçqınları qəbul edə bilməyəcəyini elan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR