AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sən mənim əbədi iftixarımsan!” – 4-cü sinif şagirdindən Çingiz Mustafayevə sevgi dolu misralar...

  • + A
  • - A
  • 29-08-2021, 15:00



    Bu gün – avqustun 29-u Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin ad günüdür.

    4-cü sinif şagirdi, 10 yaşlı bədii qiraətçi Zəhra İmranlı bu xüsusi günlə əlaqədar olaraq Çingiz Mustafayevin xatirəsinə şeir ithaf edib. Şeirdə Çingiz Mustafayevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinə toxunulub, onun erməni faşizminin ifşa edilməsi, dünyanın Qarabağda törədilən qətliamlar haqqında ətraflı məlumatlandırılması, erməni cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində gördüyü işlərə diqqət çəkilib.

    Şeirdə Çingiz Mustafayev sadəcə jurnalist kimi deyil, həm də yeri gələndə silaha sarılan, yüksək mübarizə əzminə malik döyüşçü kimi xarakterizə olunub, həm söz, həm də ön cəbhənin  qəhrəmanı adlandırılıb.

    Milli Qəhrəmanla bağlı sevgi dolu misraların yer aldığı şeirdə onun hər zaman xalqımız tərəfindən dərin ehtiram hissi və minnətdarlıq duyğusu ilə xatırlanacağı qeyd olunub.

    “Sən mənim əbədi qəhrəmanımsan!” adlı şeirin müəllifi jurnalist-tarixçi Seymur Əliyevdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR