AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç - “Biz ermənilərin minalanmış sahələrin xəritələrini verməsi, həmin ərazilərdə insanların mina səbəbindən ölməməsi üçün çalışacağıq” - Özəl

  • + A
  • - A
  • 15-09-2021, 13:11


    Ermənilər azad olunmuş ərazilərin böyük bir hissəsini minalayıblar. Amma təəssüflər olsun ki, onlar mina xəritələrini Azərbaycana verməyiblər.
    Azadmedia.az xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.
    O bildirib ki, Ağdama, Tərtərə, Şuşaya və ətraf rayonlara səfər edəcəklər. Səfər zamanı ermənilərin, erməni rəsmilərinin xüsusilə tarixi miras üzərində həyata keçirdikləri təxribatların izlərini öz gözləri ilə görəcəklər. “Biz mina xəritələrinin verilməsi, həmin ərazilərdə insanların mina səbəbindən ölməməsi üçün çalışacağıq. Ümid edirik ki, İƏT-in hesabatı hazırlandıqdan sonra bu məsələyə öz təsirini göstərəcək. Həmin hesabatı BMT-yə və beynəlxalq insan hüquqlarının qorunması ilə məşğul olan qurumlara göndərəcəyik”.
    İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Ağdam, Mingəçevir və Tərtərdəki vəziyyətlə tanış olduqlarını deyən Türkiyənin Baş ombudsmanı bildirib ki, onlar Ermənistandan atılan raketlər nəticəsində həyatını itirən azərbaycanlıların məzarlarını ziyarət edib, yaxınları ilə görüşüblər. “İƏT olaraq bu barədə hesabat hazırladıq. Bu hesabatı Türkiyə və Azərbaycanda müvafiq qurumlara təqdim etdik. Həmçinin BMT-yə və insan hüquqları üzrə beynəlxalq məhkəməyə göndərdik. Müharibənin də öz qaydaları var. Müharibə zonasından kənarda yerləşən şəhərlərin raketlərlə hədəfə almaq olmaz. Bu, cinayətdir və bu cinayəti törədən Ermənistan rəsmiləri cəzalanmalıdır. Onlar bu əməllərinə görə cavab verməlidirlər ki, belə hadisələr təkrarlanmasın”, - deyə Baş ombudsman qeyd edib.
    Şərəf Malkoç 103 il əvvəl Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycana gələrək Bakını işğaldan azad etməsindən də söz açıb. Bildirib ki, Bakı sentyabrın 15-də vətənpərvər və cəsur övladların sayəsində öz azadlığına qovuşub. O əminliklə bildirib ki, Qarabağ Zəfərindən sonra bu torpaqlara layiq olduğu sülh və əmin-amanlıq gələcək.





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR