Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 242 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 351 655 nəfər test edilib, onların 28 168-nin koronavirus testi pozitiv nəticə verib, 23 096 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 106 492 764 peyvənd tətbiq edilib ki, bunun da 85,51 faizi birinci mərhələ vaksinasiya olunanlardır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.