AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"İğdırdan Azərbaycana yol çəkiləcək" - Ərdoğan

  • + A
  • - A
  • 23-09-2021, 20:30



    "Türkiyə Prezidenti qeyd edib ki, İğdırdan Azərbaycana yol çəkiləcək. Bura dəmir yol xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq".

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da türkiyəli jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, əgər Rusiya prezidenti Vladimir Putin dövlət xadimi keyfiyyətlərini tam mənasında ortaya qoymasaydı, Azərbaycana çıxış əldə edilə bilməzdi:

    "Putin dövlət xadimi kimi tam mənasında və qərarlı şəkildə keyfiyyətlərini nümayiş etdirdiyinə görə, müsbət şəkildə Azərbaycana çıxış əldə etmək şansı qazandıq. Hazırda Azərbaycanda gərgin fəaliyyətimiz davam edir. Məsələn, cənab Prezident İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür. Çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik", - Ərdoğan bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR