AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı 6 - DİLDƏ BƏYANAT YAYDI

  • + A
  • - A
  • 30-09-2021, 22:59



    Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Sputnik
    Azərbaycan İnformasiya Agentliyində Azərbaycanın əsir və itkin düşmüş, girov
    götürülmüş vətəndaşlarla bağlı mətbuat konfransı keçirildi.
    Mətbuat konfransında İctimai Birlik tərəfindən 6 dildə ( Azərbaycan, Rus, İngilis,
    Fransız, Ərəb, Alman dillərində bəyanat səsləndirildi.
    Mətbut konfransında Azərbaycan Respubilkasının Əsir və itkin düşmüş, girov
    götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət komissiyasının işçi qrupunun rəhbər
    müavini Eldar Səmədov
    Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti iştirak edərək
    çıxış etdilər.
    Çıxış edənlər tarixə nəzər salaraq Ermənilər tərəfindən Azərbaycan vətəndaşlarına
    qarşı törədilmiş soyqırımlar, işgəncələr, əsir
    və itkin düşmüş şəxslər ilə bağlı məlumatları faktların və rəqəmlərin dili ilə dünya
    ictimaiətinə çatdırılmasının vacibliyindən danışdılar.

    Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal
    konfransa çıxış edərək qeyd etdi ki, bu cür ictimai-siyasi, cəmiyyətə faydalı,
    Beynəlxlaq əhəmiyyətli mətbuat konfransını keçirməkdə əsas məqsəd Ali Baş
    Komandan cənab İlham Əliyevin Azərbaycan həqiqətlərini dünya ictimaiətinə
    çatdırılması yönümündə həyata keçirdiyi uğurlu Beynəlxalq siyasətə Azərbaycanın
    vətəndaş cəmiyyətinin milli və vətənpərvər əzimdə münasibətini ifadə etməkdir.
    İcraçı direktor onu da bildirdi ki, Erməni vandalizimi nəticəsində əsir
    və itkin düşmüş, işgəncələrə məruz qalmış vətəndaşlarımızın taleyi ilə bağlı
    məsələlərdə Beynəlxalq hüquq təşkilatarı diqqətlə yanaşaraq ədalətli mövqe
    nümayiş etdirməlidir. Yüzlərlə soydaşımız Erməni qəsbkarlığının qurbanı olaraq
    soyqırma, terrora,işgəncələrə, insanlığa sığmayan vəhşiliyə rast gəlmişlər. Çoxlu
    sayda vətəndaşlarımız var ki, onlar hal-hazırda itgin dümüş,girov götürülmüş öz
    doğmaları haqqında təsəlli üçün hər gün, hər an gözləri yollarda ən yeni

    məlumatlar axtarışındadır.Bu nisgilə,həsrətə son qoymaqda dünya ictimaiətini
    bəşəri həmrəyliyə səsləyirik!
    İnsan itgisi ağır və dözülməzdir, həyatını dəyərli,mənalı ömürlə yaşamaq hər kəsin
    arzusudur. Zamanın qiyməti olduğu kimi insanların da yeri cəmiyyətdədir.
    Gəlin nə itgin olaq, nə də itirən!
    Bəşəriyət insanlarla güclüdür!
    Birlikdə İnsanlarımızı qoruyaq!




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR