AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Caliber”: “Hikmət Hacıyev Tonoyana dinc şəhərlərinin atəşə tutulmasının alçaqlıq olduğunu bildirdi” - VİDEO

  • + A
  • - A
  • 3-10-2021, 16:40



    Vətən Müharibəsinin başlamasından bir il sonra, o günlərin xüsusilə də təmas xəttindən kənarda yerləşən yaşayış məntəqələrini erməni ordusunun vəhşicəsinə bombalaması ilə əlaqədar indiyə qədər bilinməyən bəzi detallar tədricən ortaya çıxmağa başlayır.

    Cəbhədə tam məğlubiyyətə düçar olan və bununla da insanlıq simasını tamamilə itirən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın dinc şəhərlərinin atəşə tutulması üçün cinayətkar əmri verdi. Tərtərin gecə-gündüz atəşə tutulması, eləcə də yuxuda olan Gəncəyə raket zərbələri endirilməsi həm beynəlxalq hüquqa, həm də müharibənin elementar normalarına açıq-aşkar təhdid idi.

    Həmin vaxt mülki əhali arasında çoxsaylı itkilərin qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfi düşmənlə əlaqə yaratdı. Məlumatlı mənbələrdən “Caliber”ə məlum olub ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik vasitəsi ilə Ermənistanın müdafiə naziri David Tonoyana Azərbaycanın dinc şəhərlərinin atəşə tutulmasının alçaqlıq olduğunu bildirib və müharibənin bu cür vəhşiliyi istisna edən elementar qaydalarına riayət etməyə çağırıb.

    Daha ətraflı “Caliber”in hazırladığı videosüjetdə izləyə bilərsiniz:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR