Xəbər verdiyimiz kimi, Oktyabrın 8-i saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədov öldürülüb.
Onu mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun qətlə yetirdiyi məlum olub.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Azadmedia.az azxeber.com-a istinadla mərhumun fotolarını əldə edib.
Həmin fotoları təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.