Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşəcəyi tarix açıqlanıb.
AZadMedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlərin görüşü bazar günü, oktyabrın 31-də baş tutacaq.
Görüş zamanı ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.