AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Filippində yanğın zamanı 150 min doza vaksin məhv oldu

  • + A
  • - A
  • 2-11-2021, 12:05



    Filippində yanğın zamanı koronavirusa qarşı vaksinlərin 148,6 mindən çox dozası məhv olub.

    AzadMedia.az “TASS”a istinadən xəbər verir ki, yanğın Cənubi Zamboanqa əyalətində inzibati binaların birində baş verib.

    Məhv olan vaksinlər müxtəlif istehsalçılara məxsus olub. Yanğının hansı səbəbdən baş verdiyi qeyd olunmayıb.

    Filippinin rəsmi qurumlarının verdiyi məlumata görə, yanğın zamanı 9 176 doza “AstraZeneca”, 14 400 doza “Moderna”, 36 164 doza “Sinovac” və 88 938 doza “Pfizer” vaksini məhv olub.

    Filippində “Moderna” vaksini 12 yaşdan 17 yaşa qədər uşaqlar üçün nəzərdə tutulub və ölkə noyabrın 3-ü sözügedən yaş qrupuna aid olan uşaqları koronavirusa qarşı peyvənd etməyə başlayacaq.

    Qeyd edək ki, Filippində pandemiya başlayandan bu günə qədər 2,79 milyondan çox insan koronavirusa yoluxub, 43,2 min nəfər dünyasını dəyişib. Ölkədə 27,3 milyondan çox vətəndaş tam vaksin olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR