"Koronavirus daim mutasiya uğrayır. Delta, delta plus və müxtəlif ştamlar aşkarlanır. Bu daimi prosesdir. Bundan qorxmaq lazım deyil".
Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.
O vurğulayıb ki, pandemiya hələ bitməyib: "Sosial məsafəni gözləyib, maska taxmağa davam etməliyik. Vaksinasiya ilə yanaşı, epidemoloji tədbirlərin aparılması məcburidir. Yalnız hər iki istiqamətdə aparılan tədbirlər effekt verir. Xəstəxanalarda qəbul azalanda insanlar özünü arxayın aparır və qaydalara riayət etmir. Nəticədə yoluxma artır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.