AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Binəli Yıldırım Şamaxıda oldu

  • + A
  • - A
  • 5-11-2021, 16:43


    Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırım Şamaxı rayonuna səfər edib.

    Qonaq bu günlərdə bərpə və yenidənqurma işlərindən sonra istifadəyə verilən Pirsaat Baba ziyarətgah-məscid kompleksində olub, cümə namazı qılıb.

    Ona ziyarətgah-məscid kompleksi barədə məlumat verilib. Bildirilib ki, müxtəlif zamanlarda dağıntıya məruz qalmış orta əsrlərə aid bu ziyarətgah 1918-ci ildə Hacı Cəfərqulu adlı xeyirxah şəxs tərəfindən türbə şəklinə salınıb. Ziyarətgah sovetlər dövründə dağıdılsa da, müstəqilliyimizin bərpasından sonra 1993-cü ildə yenidən inşa edilib, lakin zəlzələ nəticəsində dini ocağa zərər dəymişdi. Ötən ildən başlayaraq həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində artıq dini ibadətgah yenidən əhalinin ixtiyarına verilib.

    Sonra Binəli Yıldırım Şamaxı şəhərindəki Şahxəndan qəbiristanlığına gedib, orada XV əsrin məşhur şairi Nəsiminin qardaşı, şair Şahxəndanın (Şah-i Xəndan) məzarını ziyarət edib.

    O, daha sonra Şamaxı Cümə Məscidi ilə tanış olub. Məlumat verilib ki, 743-744-ci illərdə inşa edilən bu məscid Cənubi Qafqazda Dərbənd cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir.

    (apa)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR