İraqın Baş naziri Mustafa əl-Kazıminin iqamətgahı pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
AzadMedia.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində baş nazirin xəsarət almadığı bildirilir. Əl-Kazımi hücumdan sonra Tvitter səhifəsində açıqlama yayaraq “Hamını sakit olmağa çağırıram və soyuqqanlı olmağa davam edirəm” deyib.
Məlumata görə, iraqlı Baş nazirin iqamətgahına silahlı dron hücum etdikdən sonra Yaşıl Zonada təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, Fəth Koalisiyası və şiə Həşdi Şabi tərəfdarları oktyabrın 10-da seçkinin nəticələrinə etiraz edərək Yaşıl Zona qarşısında oturaq aksiyanı davam etdirirlər. Noyabrın 5-i cümə günü nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 1 nümayişçi həlak olub. Bundan sonra gərginlik artmış, hadisə yerinə gələn şiə milis qüvvələri Əsayib Əhlixalq Hərəkatının lideri Kays Hazali Kazimiyə qarşı təhdidlər ehtiva edən ifadələr işlədib. Hazali mərhum fəal üçün qurulan başsağlığı çadırından dünən verdiyi açıqlamada Kazıminin ünvanına yenidən təhdidlər işlədib.
Hazali ilə yanaşı, Fəth Koalisiyasının ıideri hadi Əmiri və şiə milis qüvvələri olan Əbu Əla əl-Vəlayi də Kazimini və hökuməti tənqid edib. Əmiri nümayişçinin öldürülməsinin cəzasız qalmayacağını bəyan etmişdi.
***
İraqın İNA agentliyinin məlumatına görə, dron hücumu nəticəsində Baş nazirin 3 mühafizəçisi yaralanıb. Hadisə ilə bağlı ABŞ Dövlət Departamenti açıqlama yayaraq baş verənləri pisləyib və bunu "açıq-aşkar terror aktı" adlandırıb. Dövlət Departamentinin sözçüsü Ned Prays gedişatı izlədiklərini bildirib və istintaqa kömək etməyi təklif edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.