"Qarabağda Can Azərbaycanın bayrağı dalğalanır" - Çavuşoğlu
“Haqlı mübarizəsində qazandığı zəfərdən sonra artıq Qarabağda Can Azərbaycanın bayrağı dalğalanır, xarı bülbül çiçəyi coşqu ilə açılır”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr-Zəfər Günü münasibətilə tviterdə yazıb.
“Qardaş Azərbaycanın Zəfər Günü mübarək olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun!”, - nazir bildirilib.