AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə Bakıda ağacəkmə aksiyası keçirilib

  • + A
  • - A
  • 8-11-2021, 18:17


    Noyabrın 8-də Zəfər Günü münasibətilə Milli Məclisin təşkilatçılığı ilə Bakı şəhərində ağacəkmə aksiyası keçirilib.
    Aksiyada Milli Məclisin sədri Sahibə Qafarova, sədr müavinləri, deputatlar, Parlament Aparatının və İşlər İdarəsinin əməkdaşları iştirak ediblər.
    Qeyd edək ki, Milli Məclis Zəfər Günü münasibətilə ölkəmizdə həyata keçirilən tədbirlərə öz töhfəsini verməkdə davam edir. Belə ki, Milli Məclis 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi barədə Qərar qəbul edib, bu tarixi günlə bağlı Bəyanat yayıb. Milli Məclisin deputatları Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki səfirlikləri tərəfindən Zəfər Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak edir, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bötövlüyümüzün bərpa edilməsi barədə həqiqətləri diqqətə çatdırırlar.
    Hazırda dünyanın müxtəlif ölkələrindən Milli Məclisin ünvanına Zəfər Günü ilə bağlı təbriklər gəlməkdə davam edir.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR