Nazir Aleksey Reznikov - "Ukrayna "Neptun" raketlərini sərhədə yerləşdirir"
Yaxın gələcəkdə Ukraynanın gəmi əleyhinə “Neptun” raket komplekslərinin cənub sərhədlərində döyüş növbətçiliyinə keçməsi üçün əlindən gələni edəcək.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov bildirib.
"Hesab edirəm ki, bu gün "Neptun" gəmi əleyhinə kompleksinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin xidmətində olması son dərəcə aktualdır. Mən şəxsən əlimdən gələni edəcəyəm ki, yaxın gələcəkdə bu kompleks cənubun müdafiəsi üçün döyüş vəzifəsini öz üzərinə götürsün", - Reznikov qeyd edib.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR