AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azadmedia.az-ın Redaktoru Dövlət Komitəsi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub

  • + A
  • - A
  • 19-11-2021, 13:13




    Azadmedia.az xəbər portalının əməkdaşı, Avrasyabulteni.com-un Türkiyədə qurucusu, 1453 KRAL Media Grupun və Anadolu ASİAD İş dünyasının Azərbaycan nümayəndəsi Ülkər Piriyevaya “Təşəkkürnamə” təqdim edilib.

    Azadmedia.az-ın Redaktoru Ülkər Piriyeva
    Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Təşəkkürnamə”yə layiq görülüb.

    Belə ki, Təşəkkürnamə Ü.Piriyevaya Azərbaycan diasporu sahəsində həyata keçirdiyi səmərəli fəaliyyətə və milli mətbuatımızın inkişafında göstərdiyi xidmətlərə görə təltif olunub.

    Qeyd edək ki, Piriyeva Türkiyə Cümhuriyyətində təhsil alıb, bir müddət orda yaşayıb, bununla yanaşı onlarla Beynəlxalq tədbirlərin təşkilatçılarından biri, media koordinatoru və aparıcısı olub.

    Xatırladaq ki, Ülkər Piriyeva ötən günlərdə, İstanbulda keçirilən 8 noyabr – Zəfər tariximizin birinci ildönümünə həsr edilmiş,“Qarabağ Azərbaycandır” və Türkiyədə Azərbaycanlı Diaspor Gənclərinin "Zəfər Görüşü” adlı dövlət tədbirlərinin aparıcısı oldu.

    Azadmedia.az-ın kollektiivi adından əməkdaşımızı təbrik edirik!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR