AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan ölkəsinin brend adını dəyişdi - FOTO

  • + A
  • - A
  • 4-12-2021, 14:39



    Artıq Türkiyənin yeni ixracat markası “Türkiye”dir. Məqsəd Türkiyə markalarının və məhsullarının xaricdə daha çox tanınmasını təmin etməkdir.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanının mətni bu gün “Resmi Gazete”də dərc olunub.

    Sərəncamın mətnində qeyd olunur ki, ölkə brendinin dəyişdirilməsi ilə bağlı qərar ölkənin zəngin mədəniyyətini və irsini əks etdirən daha bir kompleks addımdır və yerli istehsalçının keyfiyyətli məhsulların etibarlı tədarükçüsü kimi xoş niyyətini təsdiq etmək məqsədi daşıyır.

    Sənəddə qeyd edilir ki, “Türkiye” termini türk xalqının mədəniyyətini və dəyərlərini ən dolğun şəkildə əks etdirir. Bununla bağlı ölkə brendinin adının dəyişdirilməsi qərara alınıb. Bundan sonra “Made in Turkey” brendi əvəzinə ixrac məhsulları vahid “Made in Türkiye” brendi altında tədarük ediləcək.

    Eyni zamanda, ölkənin bütün rəsmi sənədlərində, o cümlədən xarici dövlət və təşkilatlarla yazışmalarda “Turkey”, “Turkei”, “Turquie” və s. sözlər əvəzinə vahid “Türkiye” ifadəsi işlədiləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR