AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Mahmudavarlı kəndinin gənclərindən nümunəvi addım - ÖZƏL

  • + A
  • - A
  • 14-12-2021, 13:45



    VƏTƏNƏ, AİLƏ MÖHKƏMLİYİNƏ SƏDAQƏT ANDI...

    Torpaq-uğrunda ölən varsa Vətəndir. Ötən il sentyabrın 27-də başlanan Qarabağ uğrunda Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu dünyaya göstərdi. Vətən üçün ölümün gözünə dik baxıb düşmənə arxa çevirməyən gənclərimiz ya Qarabağ, ya şəhidlik deyib sinələrini sipər etdilər. Müharibələrin tarixinə yazılmamış tarix yazdılar. 44 gündə erməıni faşistlərinə qan uddurdular. Bu qanlı döyüşlərdə iki mahmudavarlı da şəhidlik zirvəsinə ucaldı.

    Şəhidlər isə heç vaxt unudulmur. Mahmudavarlı xeyriyyəçilər Qarabağ uğrunda şəhidliyi qəbul edən ərazinin 13 şəhidinə və Böyük Vətən müharibəsində həlak olan 123 həmkəndlisinə möhtəşəm abidə ucaltdılar. Bu gün abidənin önündə həmişə qələbəlik var. Şəhidlərin məzarları kimi abidənin önü də həmişə gül-çiçək dəstələri ilə doludur.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Mahmudavarlı gənclər yaxşı ənənəyə imza atıblar: yeni ailə həyatı quranlar mağara girməmişdən əvvəl şəhidlərin abidəsini ziyarət edir, onlar kimi Vətəni sevəcəklərinə, gələcək övladlarını bu ruhda böyüdəcəklərinə, ömürlərinin sonuna kimi bir-birlərinə sədaqətli olacaqlarına and içirlər.

    Mahmudavar kəndində gənclər - Bağırov Zamin Vasif oğlu və Kərimova Pərişan Vüqar qızı şəhidlər abidəsinə gələrək, burada vəfa, sədaqət, Vətənə məhəbbət andı içmiş, Şəhidlər abidəsinin önünə tər gül dəstələri düzmüşlər. Gənclərin andiçmə mərasimində kənd rəhbərləri, ziyalılar, ağsaqqallar, gənclər iştirak ediblər.

    Ümid edirik ki, rayonumuzun bütün kəndlərində bu gözəl, şəhidlərin ölməz ruhuna ehtiram bəslənən, gənclərin vətənpərvərlik ruhunu yüksəldən ənənə davam etdiriləcək.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR