AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı məşhurların Qazaxıstandan xəbəri varmı? - Sorğu

  • + A
  • - A
  • 9-01-2022, 17:35

    Azərbaycanlı məşhurların Qazaxıstandan xəbəri varmı? - Sorğu
    Artıq bir neçə gündür ki, Qazaxıstanda iğtişaşlar davam edir. Ölkənin bir neçə böyük şəhərində, o cümlədən Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanır. Çoxlu sayda ölü və yaralı, həbs olunan var. Dünəndən etibarən isə Rusiya, Belarus, Ermənistan, Tacikistan, bu gün Qırğızıstan bu ölkəyə KTMT tərkibində qoşun göndərməyə qərar verdi.

    Bəs, görəsən, azərbaycanlı sənətçilərin qardaş Qazaxıstanda baş verənlərdən məlumatları varmı?

    Kult.az bir neçə müğənninin bu barədə fikirlərini öyrənməyə çalışıb.

    Müğənni Nadir Qafarzadə:

    “Qazaxıstanda baş verən proseslər məni maraqlandırmır. Mən öz işimdə-gücümdə, dolanışığımda olan məşhur insanam. Ümumiyyətlə, siyasətlə bağlı məsələlərə qarışmıram”.

    Müğənni Bilal Əliyev:

    “Mənim Qazaxıstanda baş verən hadisələrlə bağlı elə də çox məlumatım yoxdur, amma onu deyə bilərəm ki, bizim elə bir dövlətimiz, elə bir prezidentimiz var ki, Azərbaycanda hər kəs rahat yaşaya bilər. Dünyanın hazırda ən gözəl yeri Azərbaycandır.

    Sosial mediada gördüklərimə əsasən deyə bilərəm ki, onların etdikləri insanlığa yaraşan hərəkət deyil. O insanların nə haqqı var ki, hücum çəkib kiminsə biznesini, marketini və ya başqa yerləri dağıdalar, oğurluq edələr? Səs toplayaraq, hakimiyyətə gələ bilirlərsə, gəlsinlər. Əgər ölkədəki qanunlar xoşlarına gəlmirsə, getsinlər başqa ölkədə yaşasınlar”.

    Müğənni Manaf Ağayev:

    “Mən siyasətlə bağlı fikir bildirə bilmərəm. Ancaq musiqi ilə bağlı fikir bildirə bilərəm”.

    Müğənni Elza Seyidcahan isə ümumiyyətlə bu barədə susmağa üstünlük verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR