Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcək.
AzadMedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Yanvarın 19-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında görüş olacaq”, - məlumatda bildirilib.
Bildirilib ki, Putinlə Rəisi ikitərəfli əməkdaşlığa dair kompleks məsələləri, eləcə də aktual beynəlxalq və regional mövzuları müzakirə edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.