“Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev fevralın 8-də fərdi yarışlarda qısa proqramla çıxış edib.
Kanada, İsveç, İsveçrə, Estoniya və Çin atletlərinin yarışdığı birinci qrupda mübarizə aparın idmançımız 84,15 bal toplayıb. O, fevralın 10-da kişi fiqurlu konkisürənlərin sərbəst proqramında da çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. V.Litvintsevlə yanaşı, fiqurlu konkisürən Yekaterina Ryabova da medallar uğrunda yarışacaq. Y.Ryabova fevralın 15-də və 17-də mübarizə aparacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.