"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın dördüncü günündə - iyulun 26-da Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.
“Azadmedia.az” xəbər verir ki, atletlərimiz idmanın 5 növündə güclərini sınayacaqlar.
Yarış gününə kişilər arasında triatlon turniri ilə start veriləcək. Yarışda ölkəmizi Rostislav Pevtsov təmsil edəcək.
Qadın qılıncoynadanımız Anna Başta sablya yarışlarında gücünü sınayacaq.
Stend atıcılığı yarışlarında təmsilçimiz Emin Cəfərov medallar uğrunda mübarizə aparacaq.
Taekvondo yarışlarında iki təmsilçimiz dayanq üzərinə çıxacaq. Azərbaycan komandasının bayraqdarı Fəridə Əzizova (67 kq) ABŞ idmançısı Peyc Makferson, Milad Beiqi Harçeqani (80 kq) isə Vei-Tinq Liu (Çin Taypeyi) ilə qarşılaşacaq.
Cüdo yarışlarının üçüncü günüdə bir idmançımız tatamiyə çıxacaq. Kişilərin yarışında mübarizə aparacaq digər bayraqdarımız Rüstəm Orucov (73 kq) Rusiya Olimpiya Komitəsinin idmançısı Musa Moquşkov ilə üz-üzə gələcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.