Masallı voleybolçuları ölkə çempionatında liderliyi qoruyur.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, komanda I liqa yarışlarında I dövrəni 11 xalla başa vurub.
Belə ki, kişi voleybolçular arasında Azərbaycan çempionatı üzrə I liqasında I dövrənin son turunun oyunları keçirilib.
Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə fevralın 13-də baş tutan V turun matçları bu dəfə də “Murov”un idman zalında təşkil olunub.
B qrupunun lideri “Masallı” “Aura” komandası ilə üz-üzə gəlib. Oyun masallıların üstünlüyü ilə başlayıb və onlar bu üstünlüyü matçın sonuna kimi qoruyublar.
Qarşılaşmada 3:0 hesabı qeydə alınıb. “Masallı” komandası 3 xalı 3 setlə (25:8, 25:12, 25:10) əldə edib.
Məlumat üçün bildirək ki, I liqa yarışlarında komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparırlar. Ardınca I liqanın pley-off mərhələsi keçiriləcək.
Qeyd edək ki, birinci dövrədən sonra B qrupunda turnir cədvəli belədir: “Masallı” – 11 xal, “Azərbaycan Ali Hərbi Məktəbi” – 8, “Ryuqa” –7, “Veteranlar” – 4, “Aura” – 0
Ülkər Piriyeva