AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveçdəki Azərbaycanlı Yazıçı Eluca Atalının “Anka Kuşu” kitabının təqdimatı olacaq - ÖZƏL

  • + A
  • - A
  • 16-02-2022, 00:46

    İsveçdəki Azərbaycanlı Yazıçı Eluca Atalının “Anka Kuşu” kitabının təqdimatı olacaq - ÖZƏL
    İsveçdəki Azərbaycanlı məşhur Yazıçı Eluca Atalının “Anka Kuşu” kitabının təqdimatı keçiriləcək.

    Azadmedia.az xəbər verir ki, Anka Kuşu uşaq romanının təqdimatı, Türk Tarixi və Mədəniyyətləri muzeyinin təşkilatı dəstəyi ilə və həmin muzeyin rəhbəri Cemaleddin Özdemirin moderatorluğunda, 19 fevral, 2022-ci il tarixdə keçiriləcək.

    Belə ki, kitabın təqdimatı Avropa vaxtı ilə 17:00, Bakı vaxtı ilə 20:00, Türkiyə vaxtı ilə 19:00-da Zoom proqramı üzərindən gerçəkləşdiriləcək.


    Qeyd edək ki, Eluca Atalının "Anka Kuşu" kitabı uşaq romanıdır. Müəllif cəmiyyətdə baş verən bütün hadisələri təbiətə daşımış, yerdəki hadisələri göylərə qaldırmışdır. Əsərin qəhrəmanı iki qramlıq kolibridir. Qəhrəman Günəşə aşiq olur, ancaq anası ona deyir ki, Günəşə çatmaq üçün bir quş ömrü kifayət deyil. Sonra balaca quş axtarıb əbədiyyətə çatmağın yolunu tapır. Əsər çoxsaylı quş təsvirlərini, morfologiyalarını və həyat tərzlərini, eləcə də kolibriləri əks etdirir. Kitab səkkiz yaşdan yuxarı hər növ oxucunun oxuya biləcəyi və təbiəti bədii vasitələrlə öyrənə biləcəyi kitabdır.

    Azadmedia.az kollektivi Yazıçı Eluca xanım Atalını təbrik edir, fəaliyyətində uğurlar arzu edir!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR