İlham Məmmədov
Milli Məclisinin deputatıUlu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası məhz indiki müstəqil və güclü Azərbaycanın təməl daşını qoymuşdur. Bundan əlavə Partiyanın bütün fəaliyyəti ölkəmizdə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi. Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".Ulu öndər Heydər Əliyevin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu və 21 min hektar ərazi işğaldan azad edildi. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır.
Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa müddət ərzində ölkəmiz sosial-iqtisadi inkişaf və dünya sisteminə inteqrasiya sahəsində çox böyük nailiyyətlər əldə edib. Ən böyük nailiyyətlərimizdən biri də ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində sosial-iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir Azərbaycan modeli yarandı.
Bu gün Ulu Öndərin milli dövlətçilik konsepsiyasının bütün atributları öz real təsdiqini tapmaqla Azərbaycanı sosial-iqtisadi,siyasi,humanitar inkişaf yoluna çıxarmışdır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və son 18 ildə davam etdirilən güclü siyasət nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan hər keçən gün ərzində yeni-yeni uğurlar əldə edir. Məhz bu uğurların fonunda beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilən ölkəmiz, eyni zamanda, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də tanınır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi, güclü iradəsi və qətiyyətli mövqeyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edib,uzunmüddətli işğala son qoyması Yeni Azərbaycan Partiyasının müdrik siyasətinin bariz nümunəsidir. Ölkəmizdə bütün sahələr üzrə həyata keçirilən uğurlu siyasət, həmçinin müxtəlif sahələri əhatə edən islahatlar öz müsbət nəticələrini verməkdədir.
Həmin müdrik siyasətin banisi məhz Ümummilli liderimizdir. Ona görə də Azərbaycanın hər bir guşəsində Ulu Öndər Heydər Əliyev böyük ehtiramla anılır. Dahi şəxsiyyətin xalqımız qarşısındakı xidmətləri tariximizə qızıl hərflərlə yazılıb!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.