AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda cüdo üzrə bölgə birinciliyi keçirilib

  • + A
  • - A
  • 19-03-2022, 23:53

    Masallıda cüdo üzrə bölgə birinciliyi keçirilib

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 18 mart 2022-ci il tarixdə Masallı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında cüdo üzrə bölgə birinciliyi keçirilib.

    Belə ki, yarışın açılış mərasimində Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək yarışların keçirilməsində əsas məqsədin regionlarda perspektivli idmançıların aşkarlanması, həmçinin yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğ olduğunu diqqətə çatdırıb, turnirə qatılan iştirakçılara uğurlar arzulayıblar.

    2008-2010-cu il təvəllüdlü idmançıların iştirak etdiyi yarışda cənub regionunun 8 şəhər və rayonundan 81 yeniyetmə cüdoçu 10 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.

    Masallı cüdoçuları birinci, Şirvan komandası ikinci, Biləsuvar idmançıları isə üçüncü yerə layiq görülüblər.

    Qeyd edək ki, qaliblər müvafiq diplom və medallarla mükafatlandırılıb.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR