AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı RİH başçısı Dünya çempionu ilə görüşüb - FOTO

  • + A
  • - A
  • 25-05-2022, 17:56

    Masallı RİH başçısı Dünya çempionu ilə görüşüb - FOTO
    Azadmedia.az - 25 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov dördqat Dünya çempionu Rəşid Rəşidli ilə görüşüb. Gənc idmançı 13-14 may 2022-ci il tarixi günlərində Türkiyənin Antaliya şəhərində Tay-Kik Federasiyası tərəfindən təşkil olunan Fərman Korkutan peşəkar liqa döyüşü üzrə dünya çempionatında, peşəkar liqada dünya ikincisi olub. Bütün döyüşlərdə rəqiblərindən üstün olan həmyerlimiz final mərhələsinə yüksəlib. Amma qızıl medal uğrunda gedən döyüşdə ayağından aldığı zədə səbəbindən döyüşü ikinci yerdə başa vuran R.Rəşidli dünya ikincisi olmağa nail olub.

    Görüş zamanı idmançı ilə səmimi söhbət edən Şahin Məmmədov respublikamızın gündən-günə inkişaf etdiyini bildirib, bu gün cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasının bütün regionlarında idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı öz bəhrəsini verdiyini qeyd edərək, həmçininAzərbaycanın idman ölkəsi kimi güclü dövlətlər sırasına olduğunu vurğulayıb.
    Şahin Məmmədov gənc idmançı, əslən Mollaobadan olan Rəşid Rəşidliyə bundan sonra da qalib adını qazanaraq, Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımızı uca zirvələrdə dalğalandırmasını arzu edib. Rayon rəhbəri həmçinin bu ilin sentyabr ayının 24-də Türkiyənin Antaliya şəhərində keçiriləcək növbəti Avropa çempionatının da qalib olması, doğma Masallımıza alnıaçıq, üzüağ qayıtmasını bildirib. Dünya çempionumuz Rəşid yenidən revanş döyüşünə çıxacaq.
    RİH başçısı dünya çempionunun təəssüratlarını dinləyib. Rəşid idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərinə minnətdarlıq bildirib.

    Görüşdə R.Rəşidli Türkiyədə keçirilən K1 Versiyası üzrə Dünya Çempionatında ona göstərdiyi qayğıya görə Türkiyənin “Fərman Korkutan”ın və Azərbaycan Vale Tudo İdman Birliyinin Fəxri fərmanını Masallı RİH başçısına təqdim edib.

    Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

    ƏLİHÜSEYN ŞÜKÜROV




    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR