AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Aydan Məmmədova: “Abituriyentlərin fənn hazırlığı ilə yanaşı psixoloji hazırlığı da aparılmalıdır” - REPORTAJ

  • + A
  • - A
  • 15-06-2022, 13:58

    Psixoloq Aydan Məmmədova: “Abituriyentlərin fənn hazırlığı ilə yanaşı psixoloji hazırlığı da aparılmalıdır” - REPORTAJ
    Aydan Məmmədova
    Viqas Quba PNİM-nin əməkdaşı



    Cəmiyyətdə intihar mövzusu son zamanlar demək olar ki, hər gün səslənən istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, saytlarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan bəlkə də ən birincisidir. "Universitetə girə bilməyən gənc qız çıxış yolun intiharda gördü”, "İşin itirən gənc oğlan özünü asaraq intihar etdi və.s. Bunun kimi xəbərləri demək olar ki, eşitmədiyimiz gün yoxdur.
    Hər il intihar bir çox insanların seçiminə çevrilir. Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır – uşaq və yeniyetmələrin də həyatına son qoyur. Dünya üzrə statistikaya nəzər salsaq görərik ki, intihar halları daha çox yeniyetmələr arasında olur. Çünki bu yaşlarda onlar daha həssas olduqları üçün qaranı ağ, ağı qara kimi görürlər. Elə bütün bu halları nəzərə alaraq Azadmedia.az olaraq intihara vadar edən səbəblər və qarşısı necə alına bilər deyə psixoloqlarımıza üz tutduq.
    Əziz oxuyucularımız, diqqətiniz bizdə olsun.



    Problemli valideynlərin, natamam ailələrin çoxluğu, ailədaxili münaqişələr uşağın psixoloji inkişafına mənfi təsir göstərir. Əksər valideynlər anlamaqda israr edir ki, abituriyentin fənn hazırlığı ilə yanaşı psixoloji hazırlığı da aparılmalıdır.
    Bu fikirləri Azadmedia.az-a açıqlamasında Psixoloq Aydan Məmmədova bildirib.


    Abituriyentləri intihara vadar edən səbəblər:

    Ölkə gündəminizi zəbt edən hadisələrdən biri də abituriyent intiharıdır. Əfsuslar olsun ki, hər il qəbul imtahanlarında bu hallar ilə qarşılaşırıq. Ölkədə imtahana görə intihar edən şagirdlərin sayı artır, lakin valideynlər yenə eyni basqıları sərgiləməkdən çəkinmirlər.(Təbii ki, hər kəsə şamil edilmir) Bəli, valideynlər, bunu xüsusi ilə vurğulamaq istəyirəm. Abituriyentləri intihara vadar edən bir çox səbəblər olsa da ən əsas amil valideyn amilidir deyə düşünürəm. Bəzən universitetə qəbul olmağı dünyanın ən önəmli məqsədiymiş kimi davranan valideynlər istəmədən də olsa övladında psixoloji basqını yaratmış olur. Problemli valideynlərin, natamam ailələrin çoxluğu, ailədaxili münaqişələr uşağın psixoloji inkişafına mənfi təsir göstərir. Əksər valideynlər anlamaqda israr edir ki, abituriyentin fənn hazırlığı ilə yanaşı psixoloji hazırlığı da aparılmalıdır.

    Psixoloji hazırlığın arxa plana keçməsi, ailə və ətrafın
    təzyiqləri nəhayət bir uşaqda suisid halına nəhayət ölümə gətirib çıxarır. Övladının ali təhsil almasını istəyən valideyn onun əqli inkişafını, psixoloji hazırlığını, mövcud potensialını, maraq və arzularını nəzərə almır. Hər bir valideyn bilməlidir ki,imtahan nəticəsi övladının biliyi ilə yanaşı emosional durumunu da ifadə edir. Məhz bu səbəbdən övladındınıza psixoloji dəstək, özgüvən aşılamalısınız. Müəyyən vaxtlarda uşağınızla etdiyiniz qısa söhbətlər, birgə istirahət inanın ki, onlar üçün motivasiya mənbəyinə çevrilə bilər. Övladınızı alçaltmaq yerinə (sözlü şiddət) onun hiss və duyğularını anlamağa çalışsanız, onunla dost olsanız, onu başqaları ilə müqayisə etməsəniz gələcəkdə baş verə biləcək peşimançılıqların qarşısını almış olaçaqsınız.
    Abituriyentlərdə psixoloji gərginlik yaradan amillərdən biridə müəllimlərin onlara düzgün yanaşmamsıdır. Əksər valideynlər kimi bəzi müəllimlər də 'yarış məqsədi' ilə uşaqların gərginliyini artırır. Şagirdləri imtahan xofundan azad etmək üçün müəllim dəstəyi də vacibdir. Fənn müəllimləri dərslərini motivə edici şəkildə təşkil edərək şagirdlərdə ruh yüksəkliyini qaldıra bilərlər.

    Müəllimlərlə birgə bu işdə məktəb psixoloqları da məsuliyyət daşıyır. Acı həqiqətdir ki, ölkəmizdə əksər məktəb psixoloqlarının sadəcə adı var. İşlərini layiqincə yerinə yetirən psixoloqlarımız çox olsa bu vəziyyətlə bəlkə də rastlaşmarıq. Valideyn, psixoloq və müəllimlər uşaqlara dəstək olmalı, öz sevdiyi peşəni seçmələrində yardım əli uzatmalı, mütəxəssis, sənətkar olmaq üçün təkcə ali təhsilin vacib olmadığını da anlatmağa səy göstərməlidirlər. Məktəblərdə bir yox, birdən çox psixoloqların fəaliyyət göstərməsi daha səmərəli işlərə təkan verə bilər. Məktəb psixoloqu hər bir sinifi nəzarətə götürməli, həyəcan, stress səviyyəsini ölçən testlərlə testlərlə işləməli, profilaktik söhbətlər aparmalı, zəruri hallarda müəllim və valideynləri də bu işə cəlb etməlidir.

    Ümumiyyətlə cəmiyyətimizdə bu yöndə ciddi addımlar atılmalıdır. Psixoloji maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Fikrimcə, bu sahədə milli televiziya kanallarımızın, sosial şəbəkələrində rolu danılmazdır. Psixoloqların iştirakı ilə verlişlərin yaradılması insanların bir çox mövzuda maariflənməsinə təkan verəcəkdir. Jurnalist və aktyorlarımızda bu prosesdə iştirak edə bilər, əminəm ki bu daha effektiv bir nəticə verəcəkdir.

    Psixoloji marifləndirmənin gücləndirilməsi, rejisorlarınızın bu sahədə bacarıqlı işləri ortaya çıxsa cəmiyyət olaraq natamamlıqların azaldılmasına nail olar, həm də övladlarımızın qanadların qırmayaraq parlaq bir gələcək inşa edə bilərik.

    Qeyd: Həm də əl-ələ verib çalışsaq ölkəmizdə psixoloq və psixiatr peşələrini fərqləndirə
    bilən insanların sayı daha da arta bilər.


    Reportajı hazırladı: Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR