Prezident İlham Əliyev Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlini qoyub
Abdullayev Nemət Əlizaman oğlu
Masallı rayon Bambaşı kəndi
Cavanşir Qasımov adına tam orta məktəbi
Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır.
Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi - dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Bizə əziz olan rayonlardan da biri Kəlbəcər rayonudur ki, bu rayon 28 ilə yaxın düşmən tapdağında qalıb və mənfur düşmən Kəlbəcərin hər bir infrasturuktur və təbiətini demək olar ki talan edib. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.
Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata əsasən, ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Belə ki, noyabrın 25-də rayon artıq işğaldan azad olundu. İşğaldan azad olunan Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Beləliklə, 27 illik işğaldan sonra Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu.
Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri, məktəbləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.
Buna baxmayaraq Prezident İlham Əliyev Kəlbəcərin bərpası və eləcədə “İsti su ” sanatoriyasının gözəlləşdirilməsi istiqamətdə göstərdiyi səylə təqdirə layiqdir.
“Dövlət qurumları tərəfindən “Yuxarı İstisu”, “Aşağı İstisu”, “Keşdək”, “Qarasu”, “Mozçay”, “Qotursu” yataqlarından istifadə olunmaqla mineral su istehsalının təşkili layihəsi hazırlanıb. Layihə təxminən 3 milyon manat (cari məzənnə ilə $1,8 milyona qədər) dəyərində qiymətləndirilir. Həmçinin bütün bu mineral su bulaqlarından istifadə olunmaqla müasir “İstisu” sanatoriyasının tikintisi layihəsi də hazırlanıb. Layihələrin dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi planlaşdırılır. İnvestorlara dövlət tərəfindən güzəştli kreditlər, gömrük və vergi güzəştləri və investisiya təşviqi sənədi veriləcək”. Bu da təkcə turizimin bu bölgədə artması deyil həmdə torpağından didərgin düşmüş vətəndaşlarımıza da stimul verəcək.
İstisu” bulağı öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə dünyada məşhur olan Karlovı-Varı bulaqlarından (Çexiya) fərqlənmir. “İstisu”da suyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki,litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və s. xəstəliklərin müalicəsində işlədilir.
İllərdir düşmən tapdağında qalan torpağımızın azad edildikdən sonra dirçəldilməsinə görə Ali Baş Komandana və Azərbaycan ordusuna sonsuz minnətdarıq.
Ülkər Piriyeva