AKKAN SUVER: “TÜRK MİLLETİ HER ZAMAN AZERBAYCAN’IN YANINDADIR”
Marmara Grubu Vakfı Başkanı Dr. Akkan Suver’in Azertac aracılığı ile yayınladığı mesaj şöyledir:
“Ermənistanın Azərbaycana qarşı təxribatını qəbuledilməz hesab edir və vətəndaş cəmiyyəti olaraq son hadisələri qətiyyətlə pisləyirik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver söyləyib.
Professor deyib: “Türk millətinin dünən olduğu kimi bu gün də, sabah da güclü bir şəkildə qardaş Azərbaycanın yanında olduğunu bütün bəşəriyyətə təkrar bəyan etməyi özümüzə borc bilirik. Azərbaycanın tək olmadığını bildirməklə yanaşı, bir an əvvəl oturub əldə olunan razılaşmanın şərtlərini yerinə yetirməsinin Ermənistan üçün faydalı olacağını onlara xatırladırıq.
Bu gün biz Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümünü qeyd edirik. Tarix bizim əbədi qardaşlığımıza bu kimi bir çox hadisələrlə dəfələrlə şahid olub. Tarix, eyni zamanda, türk millətinin qəhrəmanlıqlarının da ən böyük şahididir. Bu vəsilə ilə son hadisələr zamanı Vətənin azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralarımıza sağlamlıq diləyirəm”.
AKKAN SUVER
MARMARA GRUBU VAKFI BAŞKANI