AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Anar Kərimov Latviya Milli Opera və Balet Teatrının direktoru Egils Silinşlə görüş keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 21-09-2022, 00:15

    Nazir Anar Kərimov Latviya Milli Opera və Balet Teatrının direktoru Egils Silinşlə görüş keçirilib - FOTOLAR

    Azadmedia.az - Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın müxtəlif ölkələrindən musiqiçilər Bakıya səfər edirlər. Onlardan biri Latviya Milli Opera və Balet Teatrının direktoru, vokalçı Egils Silinşdir.

    Sentyabrın 19-da Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Anar Kərimov Egils Silinş və xanımını qəbul edib. Latviyanın Azərbaycan Respublikasındakı Səfriliyinin Missiya rəhbərinin müavini xanım Vija Buşa və İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalovanın da iştirak etdiyi görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə olunub, gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələləri araşdırılıb.

    Görüşdən sonra qonaqlarla Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yaradıcı görüş baş tutub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR