Qorlovka xəstəxanaları yaralı rus əsgərləri ilə dolub-daşır. Meyidlərlə dolu iki yük maşını Xerson vilayətindən Donetsk vilayətinə aparılıb.
Əvəzində Rusiya 217-ci paraşüt alayının əsgərlərini Suriyadan Ukraynaya köçürməyi planlaşdırır.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sentyabrın 20-ə olan axşam xülasəsində məlumat verilib. Həmin məlumata görə, Ukrayna Müdafiə Qüvvələri bölmələrinin Baxmut və Avdeyevski istiqamətlərində uğurlu fəaliyyəti nəticəsində düşmən xeyli itki verməkdə davam edir. İtkilərin sayını azaltmaq məqsədilə, həmçinin gizli səfərbərlik tədbirlərinin uğursuz aparılması ilə əlaqədar olaraq, Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi 217-ci paraşüt alayının bölmələrinin Suriya Ərəb Respublikası ərazisindən çıxarılıb Ukrayna ərazisinə köçürülməsi üçün hazırlıqlara başlamaqla bağlı qərar qəbul edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.