AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məmmədyarov Karlseni məğlub etdi

  • + A
  • - A
  • 14-10-2022, 22:41

    Məmmədyarov Karlseni məğlub etdi


    Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində mübarizəyə start verib.

    Məmmədyarov ilk görüşündə yarışın təşkilatçısı Maqnus Karlsenlə qarşılaşıb.

    Ağ fiqurlarla oynayan “Şah” 45-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.

    Bu gün ümumilikdə 4 oyun keçirəcək Məmmədyarovun növbəti rəqibləri polşalı Yan Kşiştof-Duda, niderlandlı Aniş Qiri və kanadalı Erik Hansen olacaq.

    Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR