AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalqımızın gözü tərəzidir

  • + A
  • - A
  • 25-01-2023, 19:00

    Xalqımızın gözü tərəzidir


    Ölkəmizdə həm seçki, həm də ki, seçkilər arası dönəmlərdə daimi hər şeydən narazı elktorat kateqoriyasına aid edə biləcəyimiz sosial qruplara mənsub insanlar arasında, mətbuatda, sosial şəbəkələrdə səsləndirilən fikirlər arasında guya parlament üzvlərinin xalqın-seçicilərin birbaşa iradəsi ilə azad demokratik seçkilər yolu ilə deyil, hər hansı bir qüvvələrin dəstəyi ilə seçilməsi ”təyin” edilməsi kimi absurd iddialarla qarşılaşırıq. Çox təəsüf doğurucu haldır ki, deputat həmkarlarım da yuxarıda qeyd etdiyim kimi hər şeydən daimi narazı elektoratın rəğbətini qazanmaq məqsədilə bu fikirlərə tərəfdar çıxmaqla yersiz populizmə gedir, özünə daim eloktorata açıq deputat imici qazanmağa səy göstərir və burada cəmiyyətimizdə daim küskünlər statusuna malik şəxslə tərəf müqabili olur, onunla müxbir- müsahib formatında video müsahibədə iştirak edir.

    Lakin bu kimi iddiaların əsassızlığı göz qabağındadır. Birincisi ona görə ki, qanunverici orqana seçkilərin keçirilməsinin ədalətliyinin təmin edilməsi, burada açıq rəqabətin dəstəklənilməsi üçün ölkəmizdə kifayət qədər yüksək keyfiyyətli və müasir çağlırışlara cavab verən səviyyədə qanunvericilik bazası formalaşmışdır. İkincisi bu gün parlamentin fəaliyyəti və burada qəbul edilmiş qanunların əsas fəlsəfəsinin vətəndaşa yönümlü olmasının özü onu deməyə əsas verir ki, həqiqətən də ana qanunumuzun- konstitusiyamızın elə birinci maddəsində də deyildiyi kimi ölkəmizdə hakimiyyətin yeganə mənbəyi xalqdır və xalqımız tərəfindən seçilmiş nümayəndələr bu gün parlamentimizdə əyləşmişlər. O ki, qaldı həmkarımın qanunverici korpusun xalq tərəfindən seçilməsinə əsassız şübhələri bu barədə demək istərdim ki, o, bununla nəinki təmsil olunduğu quruma hörmətsizlik edir, onun hörmətsiz yanaşmasının başlıca hədəfi məhz onlara mandat vermiş seçiciləridir. Axı seçki kompaniyasında onlar özlərini digər rəqibləri ilə müqayisədə daha istedadlı, nüfuzlu və s. keyfiyyətlərdə təqdim edir xalqdan səs istəyirdilər. Lakin bu gün xalqın səsindən qaynaqlanan deputat öhdəliklərindən yayınmaq məqsədilə deyirlər ki, bizi Sizlər – seçicilər yox, başqa qüvvələr burada əyləşdirib. Hesab edirəm ki, bu qeyri-normal yanaşma olmaqla, kifayət qədər utancverici bir davranışdır. Təbiidir ki, xalqımızın gözü tərəzidir. Mandat verdiyi şəxslərdən təşəkkür və xidmət görmək əvəzinə “məni sizlər seçməmisiniz” deyib öhdəliklərindən qaçanlara növbəti seçkilərdə münasibətlərini ortaya qoyacaq və bununla da gerçək seçənin xalq olduğunu əyani göstərəcəklər.

    Əliabbas Sabahzadə

    Milli Məclisin deputatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR