Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb.
Hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakinləri - 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək keçiniblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
"Report"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.