AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər və İdman Nazirliyi daha bir layihəyə start verir - FOTO

  • + A
  • - A
  • 6-02-2023, 17:27

    Gənclər və İdman Nazirliyi daha bir layihəyə start verir - FOTO

    Gənclər və İdman Nazirliyi daha bir layihəyə start verir.

    Azadmedia.az xəbər verir ki, “Üzməyi öyrənək” adlı layihəyə əsasən, orta məktəblərdə təhsil alan uşaqlar üçün üzgüçülük məşğələləri təşkil ediləcək. Gəncə, Şirvan, Lənkəran və Qusar Olimpiya İdman Komplekslərində, eləcə də Mingəçevirdə “Kür” Olimpiya Tədris İdman Mərkəzində keçiriləcək üzgüçülük məşğələlərinə pilot layihə olaraq seçilmiş 5 şəhərin hərəsindən bir məktəbin 1-5-ci sinif şagirdləri cəlb ediləcək.

    Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olmaqdır. Fevralın 6-dan etibarən bir ay davam edəcək üzmə məşğələləri bölgü üzrə hər gün müxtəlif saatlarda peşəkar məşqçilər tərəfindən aparılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR