Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyası tərəfindən təşkil edilmiş XXIV Azərbaycan Çempionatının açılış mərasimi keçirilib.
Azadmedia.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi il başlayıb, daha sonra şəhidlərimizin və qardaş Türkiyədə həlak olanların xatirəsi yad edilib.
Çıxış edənlər qeyd ediblər ki, “Ölkəmizdə idman sahəsi, idmançıların qayğıları və bu sahəyə marağın artırılması Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Dövlətimizin əsas məqsədi sağlam və vətənpərvər Azərbaycan gəncliyinin yetişdirilməsidir. Məhz fiziki cəhətdən sağlam, vətənpərvər, dövlətinə bağlı Azərbaycan gəncləri Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun tərkibində döyüşərək, Azərbaycan xalqına tarixi qələbə bəxş etdilər.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.