İsveçdə yaşayan Azərbaycanlı yazıçı Eluca Atalının "Qanun" nəşriyyatı tərəfindən yeni kitabı yayımlanıb.
Belə ki, İran islam inqilabının baş vermə səbəbləri, inqilabın İran cəmiyyətinə və bəşərə gətirdiyi fəlakəti yüksək bədii keyfiyyətlərlə təsvir edən bu kitab "İran hizbullah zindanında" adlanır.
Eyni zamanda milli masalyüklü dərdimiz olan Güney Azərbaycan mövzusu da əsərdə mərkəzdə durur.
Qanun nəşriyyatı tərəfindən həmçinin təqdimat zamanı Eluca Atalının yaradıcılığına həsr edilmiş film və romandan hazırlanmış tamaşa oxuculara təqdim ediləcək.
Ədəbiyyata bağlı olan hər kəs təqdimata dəvətlidir!
Ünvan: Qanun Nəşrlər Evi, 3-cü mərtəbə, Tbilisi prospekti 76. (20 Yanvar metro stansiya yaxınlığında)
Bakı vaxtı ilə saat 19:00-daÜlkər Piriyeva