AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ronaldunun pəhrizini təkrar edən futbolçu ölümlə üz-üzə qalıb

  • + A
  • - A
  • 1-03-2023, 12:35

    Ronaldunun pəhrizini təkrar edən futbolçu ölümlə üz-üzə qalıb


    Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun pəhrizini təkrar edən “Palmeyras”ın gənc futbolçusu Qabriel Menino bunun ağır fəsadlarını yaşayıb.

    22 yaşlı futbolçu bildirib ki, o, bir qədər çəki və əzələ itirmək məqsədi ilə Ronaldunun pəhrizinə başlayıb.

    Q.Menino pəhrizə başlamamışdan əvvəl klubun diyetoloqunu da bu barədə məlumatlandırıb.

    Gənc futbolçu qida rasionunda əsasən balıq yeməkləri, salat və qida əlavələrindən istifadə etdiyini bildirib.

    Lakin futbolçu bir neçə gündən sonra bu pəhrizin onun səhhətinə zərər vurduğunu müşahidə edib.

    “Oyuna ilk 11-likdə başlayacaqdım. Çox həvəsli idim. Matçdan əvvəl isinmə hərəkətlərinə başladım. 5 dəqiqədən sonra sadəcə olaraq qaça bilməyəcəyimi anladım. Sanki ölümlə üz-üzə qaldım, yerə yıxıldım. Dərhal pəhrizi saxladım və klubun diyetoloquna bu barədə məlumat verdim”, - deyə Qabriel Menino bildirib.

    Mənbə: Mundodeportivo


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR