AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yasamal rayonunda Bədən tərbiyəsi və idman günü qeyd edilib - FOTOLAR

  • + A
  • - A
  • 3-03-2023, 14:44

    Yasamal rayonunda Bədən tərbiyəsi və idman günü qeyd edilib -



    Bakı, 3 mart — Azadmedia.az


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə 5 mart tarixi “Bədən tərbiyəsi və idman günü” elan edilmişdir. Dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar ölkə rəhbərliyinin idmana və idmançılara olan qayğısının bariz nümunəsidir.
    Bədən tərbiyəsi və idman Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil edib. Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.

    Elə bu minvalla, Yasamal rayonunda Bədən tərbiyəsi və idman günü qeyd edilib.

    Azadmedia.az xəbər verir ki, 5 mart Bədən tərbiyəsi və idman günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətində idman ictimaiyyəti nümayəndələrinin rayon toplantısı keçirilib.

    Bildirilib ki, bu gün Yasamal rayonunda müxtəlif idman və bədən tərbiyəsi mərkəzləri fəaliyyət göstərir, o cümlədən, şahmat-dama klubları, idman-sağlamlıq mərkəzləri, uşaq-gənclər idman məktəbləri.

    Qeyd olunub ki, son bir neçə ildə Yasamal rayonundakı müxtəlif ünvanlarda süni örtüklü futbol meydançaları sakinlərin istifadəsinə verilib. Bu futbol meydançalarının tikintisi və açılışı Yasamal rayon İcra Hakimiyyətnin başçısının xüsusi diqqət mərkəzində olub və bundan sonra da yeni idman infrastrukturlarının istifadəyə verilməsi rayon İcra Hakimiyyəti üçün prioritet olacaq.

    Sonra çıxış edən millət vəkili Ülvi Quliyev, Azərbaycan idmanının uğurları və qarşıda duran məqsədlər barədə danışıb.

    Sonda bir qrup idman ictimaiyyəti nümayəndəsi əldə etdikləri yüksək nəticələrə görə fəxri fərmanlarla təltif olunublar.

    Qeyd edək ki, bu barədə Milli Məclisin deputatı Ülvi Quliyev şəxsi sosial media hesabı üzərindən bildirib.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR