AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çempionlar Liqası: Mövsümün son püşkü atılacaq

  • + A
  • - A
  • 17-03-2023, 09:58

    Çempionlar Liqası: Mövsümün son püşkü atılacaq


    Bu gün UEFA Çempionlar Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılacaq.

    UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq mövsümün son püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

    Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olacaq. Yəni mübarizəni davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilər.

    1/4 finaldakı cütlüklərlə yanaşı, yarımfinalın potensial cütlükləri və finalın mümkün “ev sahibi” də müəyyənləşəcək:

    “Bavariya” (Almaniya)

    “Benfika” (Portuqaliya)

    “Çelsi” (İngiltərə)
    “İnter” (İtaliya)

    “Mançester Siti” (İngiltərə)

    “Milan” (İtaliya)

    “Napoli” (İtaliya)

    “Real Madrid” (İspaniya).

    Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR