Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Aİ səfiri təbrik videosunu özünün tvitterdəki səhifəsində yerləşdirib.
“Əziz Azərbaycan xalqı, bahar ətirli, sevgi dolu Novruz üzünüzə gülsün. Süfrəniz bərəkətli, ruziniz bol olsun!
Əzizinəm yaz gəlsin,
Yaz gəlsin, bahar gəlsin,
Bu Novruz bayramında,
Qəm getsin, sevinc gəlsin.
Novruz bayramınız mübarək olsun!” - Peter Mixalko paylaşımında deyib.
Səfir sonda xanımıyla Novruz ənənələrindən olan yumurta döyüşdürüb.
My Webpage
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.