AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk Dövlətləri Təşkilatı bütün fəaliyyətində sülh və həmrəylik nümayiş etdirir!

  • + A
  • - A
  • 24-03-2023, 12:24

    Türk Dövlətləri Təşkilatı bütün fəaliyyətində sülh və həmrəylik nümayiş etdirir!

    İlham Məmmədov
    Milli Məclisin deputatı


    Dünya xəritəsi və tarixin şanlı səhifələri Türkün gücünü,qətiyyət və iradəsini, cəsarət və qəhrəmanlığını daha dərindən bilən ən böyük şahiddir. Zaman-zaman tarix səhnəsində Türk gücü bənzərsiz formada nümayiş etdirilmiş və bütün dünya buna heyran olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, qüdrətli Türk dövlətlərinin ilbəil nüfuzunun artması 2009-cu ildə türkdilli dövlətlərin əməkdaşlıq şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanması, nəticədə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranmasına rəvac verdi. Bu qurum türkdilli dövlətlərin xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyətə əsaslanaraq siyasi çoxqütblü dünyanın tempinə uyğun türk dövlətlərinin təşkilatlanması, regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinə töhfə verdi.Daha sonra bu mötəbər qurum Türk Dövlətləri Təşkilatına çevrildi. Bu isə sadə ad dəyişikliyi deyil, həm də dünyada gedən proseslərə fərqli baxışın formalaşmasından irəli gəlirdi.Azərbaycanın sadəcə Türk dünyasında deyil bütün dünyada böyük hörmət və nüfuzu vardır.
    Bildiyimiz kimi bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.Dövlətimizin başçısı cənab İlham Əliyev tədbirdə iştirak edib.
    Bu möhtəşəm tədbir bir daha onu göstərdi ki, Türk qardaşlığı və dostluğu əbədidir, sarsılmazdır! Prezident İlham Əliyev məhz bu məsələ ilə əlaqədar bir sıra tarixi faktları öz çıxışında diqqətə çatdırdı, eyni zamanda dövlətimizin başçısı Qarabağ məsələsinin həll olunduğunu və Ermənistan siyasi rəhbərliyinin ağır məğlubiyyətdən dərs çıxarmalı olduğunu xüsusilə vurğuladı. Əks təqdirdə əlbəttə ki, “Dəmir Yumruq” yerindədir! Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.
    Bəli, bütün bu tarixi faktlar bir daha onu göstərir ki, Azərbaycan daim konstruktiv mövqe sərgiləyir, bizim siyasətimiz dostluq və sülh prinsiplərinə əsaslanır, eyni zamanda Qarabağ Azərbaycanın əzəli torpağıdır və biz öz dədə-baba yurdumuza əbədi olaraq qayıtmışıq.Bununla yanaşı digər xüsusi məqam ondan ibarətdir ki, Türk Dövlətlərinin müdrik siyasət kursu da məhz dostluq, qardaşlıq və sülh naminə hesablanmışdır və bu da bütün dünyada türk xalqlarına qarşı böyük sevginin yaranmasını labüd edir. Qürurla qeyd etməliyik ki, Türk dövlətləri bu gün daha sıx, daha möhkəm bağlarla birləşərək beynəlxalq müstəvidə ədalət və humanizm naminə həmrəylik nümayiş etdirir!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR