Azərbaycanda son sutka ərzində 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 16 xəstə COVID-19-dan sağalıb. Son sutka ərzində iki ölüm hadisəsi baş verib. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Koronavirusla Mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.
2020-ci ilin fevral ayının sonundan indiyədək Azərbaycanda 829 799 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 819 172 nəfərin müalicəsi uğurla başa çatıb, 10 184 nəfər vəfat edib.
Xəstəliyin aktiv mərhələsində olan 433 nəfərdə COVID-19 var.
Göstərilən müddət ərzində ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə bağlı 7 559 748, o cümlədən ötən sutka ərzində 1 155 test aparılıb.
Azərbaycanda son sutka ərzində 440 nəfər peyvənd olunub.
Gün ərzində birinci doza ilə peyvənd olunanların sayı 374, ikinci doza ilə 19 nəfər olub.
35 vətəndaşa üç və daha çox doza, 12 nəfərə gücləndirici doza vurulub.
Azərbaycanda bu gün peyvəndlərin ümumi sayı 13 955 140-dır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.