AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycandan gələn turist ziyarətlərinin sayını 2011-ci ildən əvvəlki vəziyyətə qaytarmaq hədəfimiz var” - KKTC - Serhan Aktunc - Özəl

  • + A
  • - A
  • 6-04-2023, 13:58

    “Azərbaycandan gələn turist ziyarətlərinin sayını 2011-ci ildən əvvəlki vəziyyətə qaytarmaq hədəfimiz var” -



    "Azərbaycandan keçən il Şimali Kipr Türk Respublikasını 5000 nəfər ziyarət edib. Biz könül bağı vasitəsilə turist axınını artırmaq istəyirik. Bizim hazırda Azərbaycandan gələn turist ziyarətlərinin sayını 2011-ci ildən əvvəlki vəziyyətə qaytarmaq hədəfimiz var”.

    Bu barədə Şimali Kipr Türk Respublikasının Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunc bildirib.

    O qeyd edib ki, turist ziyarətləri ilə yanaşı Şimali Kipr Türk Respublikasında təhsil alan azərbaycanlı tələbələrin sayını da artırmaq istəyirlər: “Kiprdə təhsil alan azərbaycanlı tələblərin sayı da bizim üçün yetərli deyil. Bunun üçün lazımı olan addımları atacağıq. Ortaq dili, dini və mədəniyyəti olan insanların ölkəmizə cəlb etmək üçün müvafiq işlər görəcəyik.

    O bildirib ki, təhsil və turizmin ölkəsinin əsas sektorlarındandır. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin perspektivləri böyükdür.

    Onu da qeyd edim ki, qardaş ölkənin jurnalistlərinin Şimali Kipr Türk Respublikasına səfərini təşkil etmək də hədəfimizdədir. Kiprin turizm imkanları ilə yerində tanış olmaq üçün bu çox önəmlidir”.

    Şimali Kiprin rəsmisinin sözlərinə görə, çərşənbə günləri Şimali Kiprdən Azərbaycana Türkiyə vasitəsilə uçuşlar olacaq. İlk uçuş aprelin 19-da həyata keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR